10 qısa əsər

Uzun əsərlər oxumaq üçün vaxtınız və səbriniz yoxdursa, bunu bəhanə edərək mütaliədən uzaqlaşmamalısınız. Çünki dünya ədəbiyyatında çox zaman tələb etməyən əsərlər də var.

1. «Sehrli ev» — Virciniya Vulf
Təxminən 700 sözdən ibarət bu əsər V.Vulfun modernist üslubunun təzahürüdür. Yazıçının digər əsərlərindən fərqli olaraq, bu əsər onun sonsuz fantaziyasının məhsuludur. «Sehrli ev» iki ruhun bir evdə gizlədilmiş xəzinə axtarışından bəhs edir. Sevginin gücü sehrli mövzusu və yazı üslubu olan hekayənin ana xəttini təşkil edir.

2. «Filin güllələnməsi» — Corc Oruel
Bu əsərdə fili öldürmək üçün çağırılan bir polis işçisindən bəhs olunur. Yazıçı zabitin əzəmətli varlığın əzablı ölümünə baxan zaman necə əziyyət çəkdiyini təsvir etməklə imperializmin əsl simasını göstərir.

3. "İldırımın səsi" — Rey Bredberi
Rey Bredberi 11 roman, 400-dən çox qısa hekayənin müəllifidir. Onun "İldırımın səsi" əsəri elmi-fantastik janrda indiyə qədər ən çox nəşr edilmiş və «kəpənək effekti» adlanan elmi fantastik mövzuda yazılmış ilk əsər sayılır.
Davamı →

Uşaqlara oxumaq həvəsinin aşılanması

Jurnalist, filoloq, “Serebryannıy dojd” (“Gümüş yağmur”) radiostansiyasında yayımlanan “Kamennıy qost” (“Daş qonaq”) ədəbiyyat verilişinin müəllifi və aparıcısı, müəllim Leonid Kleyn uşaqlarda mütaliə həvəsinin necə oyadılmalı olduğunu bilir.

Mütaliə alışqanlığı zadəganlıq kimi bir şeydir, o ya irsi, ya da şəxsi ola bilər. Doğrudur, şəxsi mütaliə zadəganlığı çox nadir rast olunan haldır.

1. Yaxşı müəllim axtarın
20 il məktəbdə dərs demiş bir şəxs kimi mən əminəm ki, şəxsi zadəganlıq yalnız yaxşı ədəbiyyat müəllimi olan yerdə mümkündür. Özü də bu, 5-ci sinifdən gec olmayaraq baş verməlidir. Uşaqlar olduqca erkən yaşlarda formalaşırlar.

2. Özünüz də kitab oxuyun
Tez-tez valideynlərdən belə şikayətlər eşidirəm ki, uşağa kitab oxumamış kompüterə yaxınlaşmağı da qadağan edirik, televizora da kod qoymuşuq, amma o oxumur ki, oxumur. Soruşuram: “Bəs siz özünüz çox mütaliə edirsiniz?” Cavab olaraq özlərinə haqq qazandırmağa çalışırlar ki, bəs, işimiz çoxdur…

Onda uşağa qarşı nə kimi narazılıqlar ola bilər ki? Hər şey ailədən gəlir. Mütaliə – bir növ genetik mədəni koddur. Məcburən siz heç kimə onu yeridə bilməzsiniz, yalnız öz şəxsi təcrübənizlə bölüşə bilərsiniz. Siz özünüz oxumağa başlasanız uşaq da mütləq mütaliə etməyə başlayacaq. Amma söhbət yalnız əsl ədəbiyyatdan gedir. “Ye, dua et, sev” kimi kitabçalar sayılmır.


Ardı →

Kitab oxumağın faydaları

Kitab oxumaq insan həyatında mühüm bir yer tutur. Bu fəaliyyət sadəcə vaxt keçirmək üçün deyil, həmçinin özümüzü və dünyamızı daha yaxşı anlamaq üçün bir vasitədir. Kitablar bizə yeni dünyalar açır, fərqli fikirlərlə tanış edir və həyatımıza müxtəlif perspektivlər gətirir. Onlar, bizim düşüncə tərzimizi, hissiyyatlarımızı və hətta davranışlarımızı şəkilləndirir.

Kitab oxumağın əhəmiyyəti onun verdiyi bilik və məlumatlarla məhdudlaşmır. Əslində kitablar bizə öyrədir ki, həyatda hər şeyin bir mənası və qiyməti var. Onlar bizə öz-özümüzü ifadə etmək, düşüncələrimizi və hisslərimizi daha yaxşı anlamaq üçün lazım olan dil və ifadə vasitələrini təmin edir. Kitab oxumaq, həmçinin bizim dünyagörüşümüzü genişləndirir və bizə öz həyatımızda daha məqsədli və mənalı qərarlar qəbul etmək imkanı verir.

Bu yazıda kitab oxumağın faydalarını daha dərin və geniş şəkildə araşdıracağıq. Kitab oxumağın zehni və emosional faydalarından tutmuş sosial və şəxsi inkişafımıza necə kömək etdiyinə qədər bu mövzunu müxtəlif cəhətlərdən işıqlandıracağıq. Hər birimiz üçün kitab oxumağın nə qədər vacib olduğunu anlamağa çalışacağıq.


Davamı →